Belarus Prezidenti Aleksandr Lukaşenko Qərblə geosiyasi qarşıdurmada qalib gəlmək üçün ölkə iqtisadiyyatını gücləndirməyin vacibliyini bəyan edib.
O bu fikirləri Belarus Respublikasının İstehlak Cəmiyyətləri Birliyinin nümayəndələri ilə görüşündə çıxış edərkən söyləyib.
Lukaşenko bildirib ki, ölkədə inqilabi proseslərin qarşısı alınsa da bununla iş bitmiş hesab etmək olmaz: “Bizi diz çökdürənə qədər hələ uzun müddət sirkələməyə çalışacaqlar. Mən diz çökməyə hazırlaşmıram! Əgər, siz bunu istəyirsinizsə edin, ancaq mənsiz”.
Belarus Prezidentin sözlərinə görə, əgər güclü iqtisadiyyat qursaq heç bir sanksiya, heç bir başqa dövlət bizi məğlub edə bilməz.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB