Avstriya Prezidenti Aleksander Van der Bellen kansler Sebastyan Kurtsa qarşı Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda respublikada hökumət böhranının elan edib. SİA bu barədə xarici mətbuata istinad edir.
Daha əvvəl Yaşıllar Partiyasının lideri Verner Koqler Kurts və onun 9 köməkçisinə qarşı Korrupsiyaya qarşı Mübarizə üzrə Prokurorluğunun apardığı araşdırmalar fonunda, onun kansler kimi fəaliyyətini davam etdirə biləcəyini şübhə altına alıb və parlament fraksiyalarının liderləri ilə danışıqlar aparacağını söyləyib. Kurts “Yaşıllar”la koalisiya hökuməti saxlamağa hazır olduğunu da vurğulayıb.
“Bu, hökumət böhranıdır, ancaq dövlət böhranı deyil. Dövlət və idarəetmə fəaliyyət göstərir, dövlətimizin təməlləri toxunulmazdır”, – Van der Bellen deyib.
Onun sözlərinə görə, prokurorluğun kansler və ətrafı ilə bağlı şübhələri ciddidir.
“Bu araşdırmaların ittihamlara səbəb olub-olmayacağını hələ bilmirik, buna görə də məhkəmədə hökmə qədər, təqsirsizlik prezumpsiyası hər kəs üçün etibarlıdır”, – deyə prezident bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB