Quterreş məsciddə törədilmiş terror aktını pisləyib

Quterreş məsciddə törədilmiş terror aktını pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanın Kunduz əyalətindəki şiə məscidində törədilmiş terror aktını barbar hücum adlandırıb.

SIA TASS-a istinadən xəbər verir ki, Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

“BMT-nin Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”, - Düjarrik belə deyib.

Qeyd edək ki, Əfqanıstanın şimalında, Kunduz əyalətindəki Seyid-Abad şiə məscidində törədilmiş partlayış nəticəsində 100-ə yaxın insan ölüb, onlarla insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə