…Demə, 44 günlükVətən müharibəsinin nəticələrindən təkcə Ermənistan yox, həm də Azərbaycanla Türkiyə də narazı imişlər. Qeyd edək ki, bu fikirləri ötən gün keçmiş parlament sədri və Ermənistanın keçmiş baş naziri olmuş Xosrov Arutyunyan deyir.
Maraqlıdır ki, erməni siyasətçinin fikrincə, tərəflərin narazılığı müharibənin hələ bitməməsi ilə bağlıdır(?).
Arutyunyana görə, bu gün “qarşılıqlı münaqişə” yeni formada davam edir. Çünki qarşı tərəfin, yəni düşmənimizin (təbii ki, bizi nəzərdə tutur) əsas məqsədlərindən biri guya regionda yeni geosiyasi konfiqurasiya formalaşdırmaqdır.
Sabiq erməni spikeri Türkiyəsiz qəbul edilən üçtərəfli bəyanatın “müharibədən gözlədiyini ala bilməyən Ankaranı” da qane etmədiyini bildirir.
Maraqlıdır ki, Arutyunyan bu gün müharıbənin nəticəsindən ən şox İranın məmnun qalmamasını bildirərək bu ölkəyə müharibədən sonra Bakını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməyə tələsdiyini xatırladır: “...indi isə rəsmi Tehran fəal şəkildə özünün təhlükəsizliyi ilə bağlı suallar qaldırıb”.
Bu gün İran Zəngəzur dəhlizi, bu dəhlizin açılışı ilə bağlı məsələdə narazılıq nümayiş etdirir, niyə? Arutyunyana görə, əgər bu dəhlizin açılışı reallaşarsa, bu halda, guya İranın Qara dənizə “çıxışı kəsiləcək”. Yəni Qərbə çıxışdan təcrid olunacaq. Bundan əlavə, guya bu halda Azərbaycan İran yük daşıyıcılarını ya Türkiyə, ya da Azərbaycan ərazisindən keçməyə məcbur edəcək ki, bu da “iranlı qardaşlarımızı” heç cür qane etmir.
Qeyd edək ki, Xosrov Arutyunyan “köhnə siyasətçi” kimi “3+3” formatına da toxunub, münasibət bildirir. Belə ki, onun qənaətincə, bütün bu “oyunlar” Qərb ölkələrinin bölgədən sıxışdırıb çıxarmağa hesablanıb. Arutyunyana görə, burada əsas oyunçu olan Rusiyadan başqa, Ermənistanın maraqlarına uyğun olmayan İran və Türkiyə də var.
Yeri gəlmişkən, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinin Zəngəzura girməsinin qadağan edildiyi məlum olub. Qeyd edək ki, bir müddət əvvəl Tehran və İrəvanın Azərbaycan və Türkiyəyə qarşı çıxmaq üçün İran qoşunlarının Zəngəzurda yerləşdirilməsi ilə bağlı razılığa gəldikləri barədə xəbərlər dolaşırdı. Lakin, deyilənə görə, Rusiya tərəfi buna razılıq verməyib və İran Silahlı Qüvvələrinin bölmələrinin bu ərazilərə girməsinə “icazə verməyib”.
Təsdiq edilməmiş məlumatlara görə, bu, Kremlin yaxşı münasibətlər saxlamağa ümid etdiyi Türkiyə ilə olan narazılıqdan irəli gəlir.
Hətta, yenə də dolaşan şaiyələrə görə, bu arada Tehranın Zəngəzurda hərbi baza qurmaq niyyətində olduğu barədə də xəbərlər dolaşıb. Guya erməni qardaşlarına canları yanan iranlılar bunun Ermənistanı mümkün hücumdan qorumağa hesablandığını da bildirməyi unutmayıblar. Amma sonradan elə ermənilər də
İranın bu oyunlarının onların öz maraqlarına hesablandığını etiraf ediblər. Belə ki, İranın məlum ərazidə qurmaq istədiyi “baza”nın ermənilərdən daha çox İranın öz məqsədinə, yəni qonşu Türkiyə və Azərbaycana nəzarət etməyə heablandığı heç kəsdə şübhə yeri qoymayıb.
...Amma deyim ki, bu arada bədbin Xosrov Arutyunyandan fərqli olaraq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan həmkarından fərqli olaraq daha nikbin danışır.
Yəni o “altı daş, üstü aş... yenə rus yaxşıdır” prinsipini əsas tutaraq, Ermənistanın öz təhlükəsizliyini qardaş Rusiyaya güvənərək qurmağa çalışacağını bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB