Fransa Polşanı Avropa Birliyinə hücum etməkdə günahlandırır - QALMAQAL

Fransa Polşanı Avropa Birliyinə hücum etməkdə günahlandırır - QALMAQAL

Fransa Xarici İşlər Naziri Polşanın konstitusiyaya üstünlük vermə qərarını AB -yə hücum kimi qiymətləndirir

"Polşa Konstitusiya Məhkəməsinin ölkə konstitusiyasının Avropa Birliyi (AB) normalarından üstünlüyünə dair açıqlaması Avropa ictimaiyyətinə hücumdur". SİA xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyində dövlət katibi Klement Bon deyib.

Diplomat Polşa hakimiyyətini qadınların və azlıqların hüquqları, söz və media azadlığı kimi fundamental Avropa dəyərlərinə sayğısızlıq etməkdə günahlandırıb. Onun sözlərinə görə, Varşavanın qərarı ölkənin faktiki olaraq Avropa İttifaqından çıxmasına səbəb ola bilər: "Öz qaydalarınızın müqavilə şərtlərindən daha vacib olduğunu söyləyəndə onu da bilin ki, belə yerdə nə müqavilə və nə də iştirak yoxdur".

Beləliklə, fransalı rəsmi Polşanın öz qanunlarına üstünlük verməməsinin lazım olduğuna işarə edib. Fransa Dövlət Katibinin sözlərinə görə, belə bir qərar Polşanın AB-yə qarşı təxribatlarının növbəti salnaməsi kimi qəbul edilməlidir.

Daha əvvəl məlum olub ki, Polşa Konstitusiya Məhkəməsi milli Konstitusiyanın Avropa Birliyi qanunlarından üstünlüyünü tanıyıb. Polşa hakimlərinin fikrincə, respublikanın konstitusiyası hər hansı digər hüquq normalarından üstündür və bu, Polşadakı bütün dövlət orqanlarının fəaliyyətinin əsasını təşkil etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə