Səsvermə iki gün davam edəcək. Cümə günü təxminən 15 min seçki məntəqəsi yerli vaxtla 14:00 -da (Bakı vaxtı ilə 16:00) açılacaq və 22:00-dək (Bakı vaxtı ilə 24:00) fəaliyyət göstərəcək.
Şənbə günü səsvermə saat 08:00-da başlayacaq və 14:00-da (Bakı vaxtı ilə 10:00 və 16:00) başa çatacaq. Əhalisi təqribən 10,7 milyon olan respublikanın 8 milyondan çox vətəndaşı səs vermək hüququna malikdir.
Sorğu nəticələri göstərir ki, Çexiya baş naziri Andrey Babişin başçılıq etdiyi ANO (“Narazı Vətəndaşların Fəaliyyəti”) hərəkatının qalib gəlmək şansı yüksəkdir.
Ehtimal edilir ki, ANO parlament seçkilərində 22%-dən 32,4%-ə qədər səs toplaya bilər. Kommunistlər, Sosial Demokratlar və Prisaha 5 fazilik baryeri çətinliklə aşa biləcəklər.
Sosioloqların proqnozlaşdırdığı kimi, səsvermə hüququna malik vətəndaşların təxminən 60% -i seçkilərdə iştirak edəcək. Səslərin elektron hesablanması sistemi sayəsində seçkilərin ilkin nəticələri şənbə günü (9 oktyabr – Red) axşam elan ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB