Rusiyaya qarşı yeni sanksiya çağırışı

ABŞ senatoru qazın qiymətinin artması səbəbindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdı
Rusiyaya qarşı yeni sanksiya çağırışı

"...ABŞ “Şimal axını 2”- ə qarşı sanksiyaları sərtləşdirməlidir”. Qeyd edək ki, bu fikirləri ABŞ konqresmeni Maykl Makkoll bildirib.

“RİA Novosti” xəbər verir ki, Avropaya satılan rus qazının qiymətinin kəskin şəkildə artmasında amerikalı konqresmen, Rusiyanı günahlandırır. Makkolla görə, Moskva əlavə həcmdə qaz daşıyacaq “Şimal axını 2”-nin işə salınması ərəfəsində Avropa bazarına tədarükü qəsdən məhdudlaşdırıb.

Maraqlıdır ki, respublikaçı konqresmen ABŞ prezidenti Cozef Bayden və Almaniya kansleri Angela Merkeli də Rusiya ilə razılaşdırmaqda və qaz bazarını manipulyasiya etməkdə günahlandırır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Konqres “Şimal axını 2”-nin tətbiqində iştirak edən şəxs və şirkətlərə qarşı sanksiyalar nəzərdə tutan bir layihəni təsdiq etmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə