Rus şairi Nikolay Nekrasovun “Rus elində kimin günü xoş keçir” adlı bir poeması var. Deyim ki, o ömrünün düz on dörd ilini bu poemanın yazılmasına sərf edib. Niyə?
...Beləliklə, 2000- 2020... Verilən məlumata görə, 20 il ərzində beş milyona yaxın rusiyalı ölkəni tərk edib. Qeyd edək ki, bu barədə “Rosstat” və ev sahibi Qərb ölkələrinin məlumatlarına əsaslanan "Dəqiq desək" layihəsinin araşdırmasında deyilir.
Onu da bildirək ki, Rusların ən çox gedişləri, yəni 1 milyon 186 min 138 adamın ölkəni tərk etməsi 2016-2019-cu illərə təsadüf edir.
Xatırladaq ki, 2006-2011-ci illərdə də rus vətəndaşları arasında Rusiyanı tərk etmək istəyi çox olub. Deyim ki, bu müddət ərzində 698 070 nəfər rus ölkədən mühacirət edib.
Yeri gəlmişkən deyim ki, Sizə də maraqlı olar... Beləliklə, rus tədqiqatçılar bu yaxınlarda sosial şəbəkələrdə rusdilli qruplar vasitəsi ilə 900 nəfərdən müsahibə götürüblər. Qeyd edək ki, müsahibə verənlərin əksəriyyəti uşaqlarının təhlükəsizliyi, onların gələcəyi üçün narahatlıq keçirdiklərini və elə buna görə də Rusiyanı tərk etmək istədiklərini açıq şəkildə bildiriblər.
Onu da bildirək ki, Rusiyanı tərk edən elm adamlarının və yüksək ixtisaslı mütəxəssislərin sayı son illərdə təqribən
beş dəfə artıb. Belə ki, əgər 2012 -ci ildə 14 min elm adamı Rusiyanı tərk etmişdisə, amma hazırda bu göstərici demək olar ki, 70 minə yüksəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB