Lukaşenko rejimini dəstəkləyən Kreml cəzalanmalıdır...

Lukaşenko rejimini dəstəkləyən Kreml cəzalanmalıdır...

Avropa Parlamenti, Avropa Birliyi ölkələrini Belarusa qarşı sanksiyaları sərtləşdirməyə çağıran qətnamə qəbul edib.

Belə ki, Avropa Parlamentinin veb saytı, Avropa İttifaqının iqtisadi sanksiyalarının “yalnız prezident Aleksandr Lukaşenkonun rejiminə təsir etdiyini” təəssüf hissi ilə ifadə edir. Qətnamədə deyilir ki, buna görə məhdudlaşdırıcı tədbirlər gücləndirilməlidir. Xüsusilə, qara siyahıya metallurgiya, ağac emalı və kimya müəssisələrinin, o cümlədən Belarus iqtisadiyyatı üçün əsas olanların - "Belaruskali" və "Beltelecom" un daxil edilməsi təklif olunur.

Bundan əlavə, Avropa Parlamentinin üzvləri Kremlin Belarusiyaya dəstəyini davam etdirəcəyi təqdirdə Rusiyanın özünə qarşı da əlavə sanksiyaların tətbiq olunmasını tələb ediblər.

Qeyd edək ki, Avropa Parlamenti Avropa ölkələri hökumətlərini Moskvanın Minsk işlərinə müdaxiləsini, eləcə də qonşu respublika üzərində siyasi, hərbi və iqtisadi nəzarəti izləməyə də çağırış ediblər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə