ABŞ-ın atom sualtı qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın atom sualtı qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın hücum təyinatlı “USS Connecticut” atom hücum sualtı qayığı Hind-Sakit okean bölgəsində naməlum obyektlə toqquşub.

SIA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Oktyabrın 2-də baş verdiyi vurğulanan sualtı qayığın ekipaj üzvlərinin həyatı üçün təhlükə olmadığı bildirilib.

“USNI News” nəşri toqquşma nəticəsində azı 11 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə