“Squid game” sırasında yumruqlar havada uçuşur

“Squid game” sırasında yumruqlar havada uçuşur

Rəqəmsal platformada yayımlanan və bütün dünyada rezonans doğuran Cənubi Koreya serialı “Squid Game” mövzusunda açılan bir kafedə izdiham yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Squid Game” Türkiyə başda olmaqla bir çox ölkədə tətbiq olunan seriallara temalı məkanlara da tələbat var.

Bunun son nümunələrindən biri Fransada açılıb. 3 oktyabrda paytaxt Parisdə 2 günlük açılan serialın məhsullarının satıldığı və serialdakı oyunların oynana biləcəyi mağazanın qarşısında insanlar növbəyə girib. Hətta kadrlardan birində motosiklet dəbilqəsi ilə bir kişinin digərinə hücum etdiyini, bəzilərinin isə bir-birini təpikləyib yumruqladığını görmək olar.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə