Yaponiyanın paytaxtı Tokionun şimal-şərqində 6.1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ Tokio metropoliteninin şimal-şərqindəki Çiba əyalətində qeydə alınıb. 6.1 bal gücündə baş verən zəlzələ yerli vaxtla 22:41-də və yerin 80 kilometr dərinliyində baş verib. Zəlzələ Tokioda və ətraf Kanagava və Saitama prefekturalarında da hiss edilib.
Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB