Pakistan 5.9 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata əsasən bildirir ki, Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində 6-sı uşaq olmaqla 20 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Bir çox evə ziyan dəyib, bəzi ərazilərdə torpaq sürüşmələri baş verib. Pakistan Milli Seysmik Nəzarət Mərkəzi episentri Harnai bölgəsi yaxınlığında olan zəlzələnin yerdən 15 kilometr aşağıda qeydə alındığını açıqlayıb.
Qeyd edək ki, zəlzələnin saat 03.20-də meydana gəldiyini və Ketta, Sibbi, Pişin və Çaman bölgələrində hiss edildiyi bildirilib.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB