İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan mehriban qonşuluq jesti olaraq Azərbaycan və Ermənistanın paytaxtlarını ziyarət etməyə hazırdır. O, bunu “Rusiya-24” telekanalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, qonşularla əlaqələrin inkişafı yeni İran hökumətinin əsas prioritetlərindən biridir.
İranın xarici işlər naziri bildirib ki, Azərbaycan və Ermənistan İranın “yaxşı qonşularıdırlar”.
Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfər etdiyini xatırladan Abdollahiyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da Tehrana səfər etmək istəyini bəyan edib: “Mən də öz növbəmdə yaxşı qonşuluq jesti olaraq fürsət tapan kimi Bakı və İrəvanı da ziyarət edəcəyəm”,- iranlı nazir bildirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB