“Yetib hər yarağı, qalıb saqqal darağı...”

Ermənistan yeni AES tikmək istəyir
“Yetib hər yarağı, qalıb saqqal darağı...”

Ermənistan hökuməti yeni Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı Rusiyanın mədən şirkəti “Qeopromayninq”lə danışıqlar aparır.

SİA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən “Qeopromayninq” şirkəti ilə yeni AES-in inşası ilə bağlı danışıqlara başladıq. Əlbəttə ki, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki AES tamamilə şəxsi təşəbbüs ola bilməz”, - Paşinyan belə deyib.

Onun sözlərinə görə, “hökumət mis əritmə zavodunun və yeni AES-in inşasına 2025-ci ilin iyun ayına qədər eyni vaxtda başlanılmasına çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə