Məktəbə silahlı hücum olub 4 NƏFƏR YARALANIB

Məktəbə silahlı hücum olub 4 NƏFƏR YARALANIB

ABŞ -ın Texas ştatında məktəbdə atışma olub. SİA xəbər verir ki, bu barədə NBC telekanalı polisə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hüquq-mühafizə və təcili yardım xidmətləri Arlinqtondakı bir təhsil müəssisəsinə göndərilib.

Telekanal hadisə yerindən canlı yayım edib. Kütləvi informasiya vasitələri şagirdlərin və işçilərin sinif otaqlarında və ofislərdə saxlanıldığı və heç kimin əraziyə buraxılmadığını bildirib. Qeyd olunur ki, məktəb bağlanıb.
Həmçinin dörd nəfərin yaralandığı, ölən olmadığı bildirilir.

"Yaralananlardan biri yüngül xəsarət alıb və tibbi yardımdan imtina edib, üçü isə xəstəxanaya yerləşdirilib", deyə brifinqdə şəhər polis rəisinin köməkçisi Kevin Kolbi bildirib.

Onun sözlərinə görə, zərərçəkənlər arasında üç tələbə, eləcə də yaşlı bir kişi olub. Ehtimal olunur ki, yaşlı kişi müəllim ola bilər.

Hadisənin səbəbinə gəldikdə, hüquq-mühafizə orqanları belə hesab edir ki, məktəblilər arasında dava düşüb və atəş açan şəxs, hansı ki, hadisə yerindən avtomobillə qaçıb, axtarılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə