101 nəfərlik qrup təxliyə olunub

101 nəfərlik qrup təxliyə olunub

Qətər Əfqanıstan Musiqi İnstutundan 100-dən çox insanı Portuqaliyaya qaçırıb. SİA xarici mətbuata istinadən bildirir ki, hadisə Əfqanıstanda baş verib. Taliban hakimiyyəti ələ keçirdikdən sonra xarici vətəndaşları təxliyə edərkən Əfqanıstan vətəndaşları da öz imkanları ilə ölkədən qaçmağa çalışıblar. Talibanın musiqini qadağan etməsinin ardınca gələcək karyeraları təhlükədə olan Əfqanıstan Beynəlxalq Musiqi İnstitutunun qadın tələbələri və müəllimlərinin də içərisində olan 101 nəfərlik qrup Qətər elçiliyinin köməyi ilə ölkədən çıxmağı bacarıblar.

Qeyd edək ki, ötən axşam Dohaya gələn komanda Portuqaliyaya gedəcəkləri bildirib.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə