Kosmosda kariyera quran qadınlar təbrik edilib

Kosmosda kariyera quran qadınlar təbrik edilib

Dünya Kosmos Həftəsi kosmosda kariyera quran qadınları təbrik edib. SİA xarici mətbuata istinadən bildirib ki, Pioneer Loredana Bessone 1990-cı ildə Avropa Kosmik Agentliyinə daxil olub. 2011-ci ildən bəri astronavtların təlim kurslarını idarə edir. Təlim kursu ünsiyyət, problemi həll etmə və komanda işi bacarıqlarını inkişaf etdirmək üçün astronavtlara xüsusi olaraq öyrədilir. Bessone, hələ də kişilərin üstünlük təşkil etdiyi bir sahədə gənc qızları elmə həvəsləndirməyin vacibliyini vurğulayıb.

“Düşünmürəm ki, gənc qadınları bu kariyeraya təşviq etmək mümkün olsun. Uşaqlıqdan başlamaq lazımdır. Əgər qız uşağınız üçün bu peşə maraqlıdırsa, onu həvəsləndirin. Qoyun öz maraqlarının ardınca getsin” deyə Besseno öz fikirlərini bildirib. "Bunu daha tez bacarmalıdırlar. Düşünürəm ki, qadınları həvəsləndirməyin yeganə yolu onlara hər şeyi edə biləcəklərini söyləmək, macəralara aparmaq, müşahidə etmək, dünyanı öyrənməkdir və sonra kariyeralarında uğur qazanmış mühəndislər və ya alimlər ola bilərlər. Və onların bir çoxu ilə işləyirəm" - deyib.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə