Amerika Birləşmiş Ştatları və digər 44 ölkə, Kimya Silahlarının Qadağan edilməsi Təşkilatının qərargahında rus müxalifət lideri Aleksey Navalnının işi ilə bağlı sualları Rusiyaya təhvil veriblər. Bildirək ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, “…bu gün Haaqada, Amerika Birləşmiş Ştatları və 44 başqa ölkə, keçən il Aleksey Navalnının Rusiya ərazisində zəhərlənməsi ilə əlaqədar sualları Rusiyaya göndərdi”.
Qeyd edək ki, Haaqa, Kimya Silahlarının Qadağan edilməsi Təşkilatının qərargahıdır. Dövlət Departamenti də sualların Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyada nəzərdə tutulmuş qaydada köçürüldüyünə aydınlıq gətirib. Dövlət Departamenti, həmçinin Konvensiya cavabların 10 gün ərzində hazırlanmasının tələb kimi qoyulmsına da aydınlıq gətirib.
Xatırladaq ki, bu il yanvarın 17-də Almaniyadan Rusiyaya qayıtdıqdan sonra Aleksey Navalnı təxminən 5 ay zəhərlənmə diaqnozu ilə müalicə olunub. Sonradan Şeremetyevo hava limanında saxlanılan rus müxalifətçisinə saxta ittihamla 2 il 8 ay həbs cəzası kəsilib. O hazırda Vladimir vilayətindəki 2 saylı koloniyada cəza çəkir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB