Elektriklə işləyən maşın istehsalçısı olan “Tesla” qaradərili əməkdaşına qarşı irqçiliyə görə 137 milyon dollar təzminat ödəməyə məhkum edilib.
SİA bu barədə rus mətbuatına istinadən xəbər verir
Kaliforniyada keçirilən məhkəmədə heyət San-Fransiskonun Bay bölgəsindəki Fremont fabrikində lift operatoru olaraq işləyən 53 yaşlı Oven Diaza qarşı irqçilik edildiyinə qərar verib.
Qərarda bildirilib ki, Diaz 2015-2016-cı illər arasında doqquz ay boyunca düşməncə bir iş mühitinə məruz qalıb, “Tesla” rəhbərliyi isə ona qarşı təcavüzlərin qarşısını almaq üçün heç bir addım atmayıb.
“Tesla”nın Diaza 6,9 milyon dollar mənəvi təzminat, 130 milyon dollar isə cəza təzminatı ödəməsinə qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB