Tacikistanla“Taliban” arasında gərginlik artır

Tacikistanla“Taliban” arasında gərginlik artır

İngiltırınin “The Diplomat” nəşri yazdığına görə, Rusiya və Pakistan Əfqanıstan-Tacikistan sərhədində baş verən münaqişəni dayandırmağa çağırıblar.

Verilən məlumatlara görə, Pakistanın Baş naziri İmran Xan Tacikistan prezidenti Emoməli Rəhmona zəng edırək onun “Taliban” hökuməti ilə əlaqə qurmağa çağırıb. Deməli, iki ölkə rəhbəri arasında söhbətin sakit keçdiyi bildirilsə də, amma Pakistanın “Dawn” qəzeti diplomatik mənbələrə istinadən Xanın Tacikistanla “Taliban” arasındakı gərginliyi azaltmağa çalışdığı barədə etdiyi cəhdlərə toxunub.

Qeyd edək ki, “Taliban” Əfqanıstanı ələ keçirəndən sonra Tacikistan rəhbəri Rəhmon təmkinli mövqe tutub. Yəni qonşu Özbəkistandan fərqli olaraq, bu ölkə heç vaxt “Taliban”la birbaşa dialoq qurmağa təçəbbüs göstərməyib.

Bundan əlavə iki ölkə arasındakı gərginlik Əfqanıstanın müqavimət hərəkatı başçıları Əhməd Məsud və Əmrullah Salehin sentyabrın sonunda Tacikistana qaçması ilə bağlı yayılan şayiələrlə daha da şiddətlənib.

Məsələ bundadır ki, “Taliban” inanır ki, Tacikistan Əfqanıstanda hökmranlığına qarşı müqavimətə kömək edir və sərhəddəki gərginliyi artırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə