Demokratik və Respublikaçı partiyalardan olan bir qrup ABŞ senatoru Prezident Jozef Baydenə məktub yazaraq ondan Moskvadakı səfirlik işçilərinin sayını artırmaq üçün “təcili tədbirlər görülməsini” istəyiblər.
Onlar öz müraciətlərində Moskvanın bu mövzuda əməkdaşlıq etməkdən imtina edəcəyi təqdirdə, ABŞ prezidentindən 300 rus diplomatını ölkədən çıxarmağa çağırıblar.
Qey edək ki, müracizəti komitə rəhbəri - demokrat Bob Menendez, müavini - respublikaçı Cim Riş, habelə respublikaçı Marko Rubio və demokrat Mark Uorner imzalayıblar.
Müraciətin müəllifləri 1 avqust 2021 -ci ildə Rusiyanın ABŞ -ın Moskvadakı səfirliyində yerli işçilərin işinə qadağa qoyduğunu xatırladıblar.
Senatorların fikrincə, bu, diplomatik missiyanın gündəlik fəaliyyətini təhlükəyə atır. Onlar bunu da qeyd ediblər ki, ABŞ -da 400-dən çox rus diplomatı çalışdığı halda, halbuki ABŞ-ın Rusiyadakı diplomatik missiyası cəmi 100-ə yaxın amerikalıdan ibarətdir.
“...Yəni diplomatik missiyadakı disbalans qəbuledilməzdir. Buna görə, Rusiya ölkəsindəki Amerika diplomatlarının və ABŞ -dakı rus diplomatların sayına bərabərlik əldə etmək üçün kifayət qədər viza verməlidir”. Qeyd edək ki, bunu da amerikalı senatorlar təklif edirlər.
...Bu edilmədikdə, senatorlar Amerika liderini rus diplomatlarını ölkədən çıxarmağa başlamağa çağırdılar ki, onların sayı Rusiyadakı ABŞ diplomatlarınln sayı qədər olsun.
Xatırladaq ki, bu ilin yazında ABŞ Yekaterinburq və Vladivostokdakı konsulluqlarını bağlayıb.
Aprel ayında isə Rusiya kiber hücumlar və seçkiyə müdaxilə ilə əlaqədar ABŞ sanksiyalarına cavab olaraq Amerika diplomatik missiyası tərəfindən rusların işə götürülməsinə qadağa qoyub.
...Rusiyanın hakimiyyət orqanları bu ərəfədə on amerikalı diplomatı ölkədən qovdu və qısa müddətli diplomatik səfərləri məhdudlaşdırdı. Qadağanın ardınca ABŞ səfirliyi ruslara diplomatik olmayan viza verilməsini dayandıracağını açıqladı. Yayda isə ABŞ -ın Rusiyadakı diplomatik nümayəndəliyi əyalətdəki 182 işçisini işdən azad etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB