“Rusiya Fransa üçün düşmən deyil və Parisin Şimali Atlantika İttifaqından çıxması ölkənin suverenliyini bərpa edəcək.” SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Erik Çiotti “Le Figaro”-ya verdiyi müsahibədə deyib.
O, xatırladıb ki, respublika Avropada nüvə saxlama gücünə malik yeganə ölkədir. Çiottiyə görə, Fransanı alyansın hərbi komandanlığına qaytaran keçmiş prezident Nikola Sarkozi respublikanı beynəlxalq aləmdə hörmətli tərəfdaş etdi. Lakin ölkənin sonrakı liderləri onu yalnız zəiflətdilər.
Millət vəkili bu blokun artıq mövcud olmayan Sovet İttifaqına qarşı bir tarazlıq olaraq yaradıldığını vurğulayıb.
"İttifaq instinktiv olaraq Rusiyanı düşmən kimi qəbul edir, hansıki artıq bu dövlət SSRİ deyil və onu düşmən olaraq saymaq doğru deyil. Biz islam ölkəsi olan Türkiyə ilə bir yerdə mövcuduq!", deyə deputat izah edib.
Çiotti, təşkilatı köhnəlmiş olaraq xarakterizə edib. Arqument olaraq, o, Malidəki hərbi əməliyyat zamanı Fransanın "təkliyini" və Əfqanıstanda Qərbin məğlubiyyətini göstərib.
"Amerikanın üstünlüyü dövrü sona çatıb", deyib Çiotti.
Millət vəkili Fransanı "yenə də millətlər cəmiyyətində xüsusi bir fikir qazanmağa çağırıb, hansıki, de Qoll bunu müdafiə edirdi".
Xatırladaq ki, son vaxtlar Fransada mütəmadi olaraq NATO tənqidləri eşidilir. Fransa NATO -nun qurucu ölkələrindən biridir. Bununla yanaşı, 1966-dan 2009-a qədər respublika bir siyasi təşkilatın üzvü olaraq qalmaqla bərabər ittifaqın birgə komandanlığına daxil deyildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB