Abxaziyanın demək olar ki, yarısı işıqsız qalıb. SİA xəbər verir ki, bu barədə "Çernomorenerqo"-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkənin yarısının işıqsız qalmasına səbəb hava xəttində baş verən qəza olub.
"İşıqsız qalmaya səbəb hava xəttinin təcili dayandırılması olub. Oçamçır, Qulrıpş rayonları və Suxum şəhərinin şərq hissəsi elektriksiz qalıb", deyə məlumatda qeyd olunur.
Bildirilir ki, təcili yardım qrupları qəzanı aradan qaldırır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB