Suriyada Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı yeni bir hücum hazırladığı iddiası gündəmə bomba kimi düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha əvvəl İdlib şəhərini kimyəvi silahla atəşə tutan Əsəd rejimi, bu dəfə xarici mütəxəssislərin köməyi ilə zəhərli maddələr olan raketləri daşıyıb.
Rejimi dəstəkləyən bəzi xəbər saytlarında "müxalifət kimyəvi silah hazırlayır" mövzusunda qara təbliğat xəbərlərinin gəldiyi günlərdə, İdlib bölgəsində rejim qüvvələrinin kimyəvi silahla mülki əhaliyə hücum etməyə hazırlaşdığına dair artan əlamətlər görünüb. Öz xalqını cəzalandırmaq üçün saysız-hesabsız kimyəvi silahdan istifadə edən rejimin yeni bir hücum hazırladığı bildirilib. Fransa, Belçika və Mərakeşdən olan xarici mütəxəssislərin köməyi ilə 8 raketin xlor və sarin qazı ilə doldurulduğu və hazırlanan raketlərlə mülki əhaliyə hücum etməsi üçün təlimat verildiyi iddia edilib. Hücumdan sonra ediləcək təbliğatın müxalif mənbələr tərəfindən həyata keçirildiyi təəssüratı yaradacağı bildirilib.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB