Fransadakı kilsələrdə uşaqların cinsi istismarı ilə bağlı qalmaqal yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən 1950-ci ildən bəri Fransadakı kilsələrdə 216 000 uşağın cinsi istismara məruz qalmasının açıqlanması Avropanı sarsıdıb. Müstəqil bir komissiya tərəfindən hazırlanan 2500 səhifəlik sənəd çərşəmbə axşamı yayımlanıb və həmin sənədlərdə onlarla il istismara uğrayan uşaqların siyahısı hazırlanıb. Komissiya sədri Jean-Marc Sauve verdiyi açıqlamada bildirib ki, son 70 il ərzində təxminən 3000 uşaq istismarçısının - kahinlərin üçdə ikisinin kilsədə işlədiyini söyləyib.
Qeyd edək ki, komissiya 1950-ci illərdən başlayaraq qurbanları və şahidləri dinləmək, kilsə, məhkəmə, polis və mətbuat arxivlərini araşdırmaqla iki il yarım işləyib.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB