Bütün dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən beynəlxalq turistlər Avstraliyaya qayıda bilməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən Avstraliyanın Baş naziri bildirib ki, beynəlxalq turistlər 2022-ci ilə qədər Avstraliyaya qayıtmayacaq. Bunun əvəzinə keçən ilin mart ayından etibarən ölkəyə bacarıqlı miqrantların və tələbələrin girişinə üstünlük veriləcəyini bildirib. Avstraliyanın Baş naziri açıqlamasında bildirib ki, 16 yaşdan yuxarı əhalinin 80 faizi 2-ci doza peyvənd olunmalıdır.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB