Rusiya prezidenti Vladimir Putin "Atalar günü” ilə bağlı fərman imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin hər oktyabrın üçüncü həftəsinin bazar gününü Rusiyada “Atalar Günü” elan edib. Fərman mətnində "Ailə quruluşunu gücləndirmək və uşaq yetişdirməkdə atalığın əhəmiyyətini artırmaq üçün "Atalar günü"nü elan etmək və oktyabr ayının üçüncü həftəsinin bazar günü qeyd etmək qərarına gəldim" - deyə, qeyd edilib.
Ruqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB