"Taliban" kitabxanalara da "qənim kəsilib"...

Taliblər hakimiyyətə gələndən Kabildə kitabxanaların 95 faizi bağlanıb
"Taliban" kitabxanalara da "qənim kəsilib"...

Əfqanıstanın paytaxtında son iki ayda kitabxanaların, kitab mağazalarının və nəşriyyatların ən azı 95 faizi bağlanıb.

Deyilənlərə görə bu addım maddi çətinliklərlə izah edilir.

“Mövcud vəziyyət kitab satan və nəşr edənləri dalana dirəyib. Adi çörək və paltar üçün pulu olmayan insanlar indi sadəcə kitab hayında deyillər”, - deyə Əfqanıstan Nəşriyyatçılar Birliyinin prezidenti Əhməd Səid bəyan edib.

Kabildə mütəmadi olaraq keçirilən kitab sərgilərinin təşkilatçıları bildiriblər ki, son hadisələrlə əlaqədar alıcıların sayı ən azı 90 faiz azalıb, bölgələrdə isə bu rəqəm daha da çox ola bilər.

Məlumata görə, radikal Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə 180 nəşriyyat evi (onlardan 90 -ı Kabildə idi) və 525 kitab mağazası (280 Kabildə) fəaliyyət göstərirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə