Keniyadakı vəziyyət Şərqi Afrikada tarixi bir ərzaq böhranına çevrilməkdədir. Məsələ bundadır ki, quraqlıq qida istehsalını azaldır və xəstəlikləri artır.
Bu gün Keniyada ölkənin şimal və şərq bölgələrində yüz minlərlə insanın quraqlıq səbəbiylə yemək və su tapmaqda çətinlik çəkir.
Bu barədə Keniya Meteorologiya Departamentinin verdiyi açıqlamada qeyd edilir.
Verilən məlumata görə, demək olar ki, 344.000 uşaq və 37.000-dən çox hamilə və uşaq əmizdirən qadın kəskin qidalanmadan əziyyət çəkir və təcili müalicəyə ehtiyac duyur.
Qeyd edək ki, quraqlıq səbəbilə heyvanlar da zərər çəkir. Bu vəziyyət əsasən heyvandarlıqla məşğul olan keniyalılara mənfi təsir edir.
Hazırda quraqlıq mövsümünün dekabr ayına qədər davam edəcəyi vurğulanır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB