Rustavidə Saakaşviliyə azadlıq tələbi

Rustavidə Saakaşviliyə azadlıq tələbi

Ötən gün səhər saatlarında Gürcüstanın qərb və şərqindən dövlət bayraqları olan insanların Rustavi istiqamətində hərəkət etdiyini görmək olardı. Bir çox etirazçılar ölkənin digər bölgələrindən gəlirdilər.

Gürcüstanın Rustavi şəhərində minlərlə insan bir neçə gün əvvəl həbs edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yerləşdiyi 12 saylı cəzaçəkmə müəssisəsi binasının qarşısına toplaşaraq geri dönən müxalif siyasətçinin azad edilməsini tələb edirdilər.

Qeyd edək ki, Almaniyanın “DW” radiostansiyasının verdiyi məlumata görə, Saakaşvilinin müdafiə aksiyasına 3000 -dən çox insanı cəlb edilib. İştirakçılar aksiyaya əllərində Saakaşvilinin azad edilməsini tələb edən plakatlarla qoşulublar.

Bundan əlavə, 20 -yə yaxın polis maşını həbsxananın mühafizəsinə cəlb edilsə də, amma aksiya problrmsiz keçib.

Bu almanların “DW” radiostansiyasının etirafıdır.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə