3000 barel neft dənizə tökülüb

Kaliforniyada neft sızması dəniz həyatını təhdid edir. ABŞ-ın Kaliforniya əyalətinin sahillərinə tökülən neftin balıq ölümlərinə, bataqlıq və çimərliklərin çirklənməsinə səbəb olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təxminən 3000 barel neft “Orange County” sahillərində 33 kvadrat kilometr əraziyə yayılıb. Faktla bağlı araşdırma davam edir. Sızıntı oktyabrın 2-də səhər saatlarında, “Huntinqton Beach” və “Nevport Beach” sahillərindən təxminən 5 mil aralıda aşkar edilib. Bunun əyalətin yaxın tarixində ən böyük neft sızıntılarından biri olduğu düşünülür.

Səlahiyyətlilər qoruyucularla sızıntının qarşısını almağa çalışarkən, dalğıclar sızıntının necə meydana gəldiyini müəyyən etmək üçün hadisə yerində araşdırmalarına davam edirlər. Sızma səbəbi ilə vəhşi təbiətin təsirləndiyi bildirilsə də, suların çirkləndiyi, sahil boyunca ölü heyvanların göründüyü və Talbert Marsh ekoloji mühafizə sahəsinin də zədələndiyi bildirilib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə