Son illərin ən qəribə hadisələrindən biri Hindistanda baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, “Air İndia” donanmasına məxsus nəhəng sərnişin təyyarəsi Dehli-Guruqram şossesindəki körpünün altında qalıb. Logistika şirkətinin səhv hesablanması bu qəribə hadisənin baş verməsinə səbəb olub. Hadisədən sonra axtarış-xilasetmə qrupları təyyarənin sıxışdığı yerdə qızğın iş həyata keçirib.
Saatlarla işlədikdən sonra təyyarə körpüdən çıxarılıb.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB