Yəməndə husilər dinc sakinlərə atəş açıblar

Yəməndə husilər dinc sakinlərə atəş açıblar

Yəməndə husilər Marib əyalətinin şimalını ballistik raketlərdən atəşə tutub.

Bu barədə ölkənin rəsmi xəbər agentliyi SABA bildirib.

Məlumata görə, üsyançılar dinc sakinlərin yaşadığı Er-Ravda yaşayış məntəqəsini hədəf seçiblər. Hücum nəticəsində 2 uşaq həlak olub, həmçinin 5-i uşaq, 4-ü qadın olmaqla, 33 dinc sakin yaralanıb. Atəş nəticəsində ərazidəki 12 evə zərər dəyib.

Husilər atəşlə bağlı hər hansı açıqlama verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə