Gürcüstanın Baş Prokurorluğundan verilən məlumata görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Tiflisdə gizləndiyi mənzilin sahibinə rəsmi olaraq ittiham irəli sürülüb.
Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılan şəxsin Saakaşvilinin ağır cinayətlər törətdiyinə görə vətənində axtarışda olduğunu bildiyi müəyyən edilib.
Amma buna baxmayaraq, həmin şəxs 30 sentyabr 2021-ci il tarixindən Mixail Saakaşviliyə evində sığınacaq verərək, onun dövlətdən gizlənərək gizli planlarını həyata keçirməsinə şərait yaradıb.
Qeyd edək ki, oktyabrın 1-də həmin mənzildə Ukrayna vətəndaşı Mixail Saakaşvilinin ədalətdən gizləndiyi müəyyən edilərək həbs edilib. Saakaşvilinin gizlındiyi mənzilin sahibi isə səhəri gün saxlanılıb.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB