Britaniyada 30 mindən çox yeni yoluxma qeydə alınıb

Britaniyada 30 mindən çox yeni yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 30 301 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 871 014 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 121 nəfər, hazırkı dövrədək isə 136 910 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə