“Asia Times” nəşrinin yazdığına görə, ABŞ aktivlərinin dondurulması nəticəsində yaranan likvidliyin olmaması Əfqanıstan iqtisadiyyatını boğur və bu da qonşu Pakistanda maliyyə çaxnaşması yaradır.
Verilən məlumata görə, çoxtərəfli təşkilatlar və o cümlədən Qərb donorları hakimiyyəti ələ keçirdikləri üçün “Taliban”ı cəzalandıraraq istəyirlər. Belə ki, bu gün Əfqanıstana göstərilməyən maliyyə səbəbindən ölkə maliyyəsi “qurumaq üzrədir”. Belə görünür ki, Çin, Rusiya və digər xarici donorlar maliyyə yardımı göstərməsə, “Taliban” tezliklə tam bir maliyyə böhranı ilə üzləşəcək.
Yeri gəlmişkən bildirək ki, müharibə şəraitində olan ölkənin bir çox hissəsi artıq aclıq həddindədir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Əfqanıstanın
Nyu -York Federal Ehtiyat Bankındakı 9,5 milyard dollarlıq ehtiyatlarını dondurmaq qərarına gəlib.
Maraqlıdır ki, “Taliban” terror təşkilatı olaraq ABŞ -ın sanksiyalar siyahısında qaldıqca bu vəsaitin mövcud olub -olmadığı da sual altındadır, yəni loru dildə desək, məlum deyil. Onu da bildirək ki, Beynəlxalq Valyuta Fondu da Əfqanıstanın 460 milyon dollar məbləğində Xüsusi Borclanma Haqqı fondlarına çıxışını da əngəlləyib. Bu arada, Əfqanıstan Mərkəzi Bankının İsveçrə Beynəlxalq Hesablaşmalar Bankında təxminən 700 milyon dollar olduğu da məlum olub.
Təbii ki, bunlar hamısı öz yerində...amma məlum olan budur ki, səriştəsiz taliblər sadə əfqan xalqını açlıqla üz-üzə qoymaqdadır. Əslində bunun ilk əlamətləri artıq müşahidə edilməkdədir.
Məsələn, verilən məlumatlarda, bu gün pul böhranı Əfqanıstan valyutasının sürətlə dəyərdən düşməsinə səbəb olub ki, bu da ölkədə inflyasiyaya və ərzaq məhsullarının qiymətlərinin artmasına təkan verib.
Adətən Əfqanıstanın asılı iqtisadiyyatının 4 faizini təşkil edən İstanbul, London və Dohadan gələn pul köçürmələri də artıq köçürmələrdə çətinlik yaramıb. Çünki “MoneyGram” və “Western Union” tərəfindən verilən pul köçürmə xidmətləri artıq işləmir. Belə görünür ki, ümid tək yaradana qalıb...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB