Bu gün Gürcüstanda keçirilən seçkilərdə həm hakim “Gürcü Arzusu”, həm də müxalif “Vahid Milli Hərəkat” partiyaları yerli seçkilərdə qələbə qazandıqlarını elan ediblər.
“Vahid Milli Hərəkat”nın sədri Nika Melianın sözlərinə görə, Tiflisdəki müxalifət həm referendumda, həm də Tbilisi meri seçkilərində inamla qalib gəlir: “İndi əsas şey qalan saatlarla gəlib bu fərqi artırmaqdır. Gün ərzində seçicilərin görünməmiş bir səfərbərliyini görürük və hakim “Gürcü Arzusu” bunu hər kəsdən daha yaxşı görür, amma ənənəvi olaraq etdiklərindən başqa heç nə edə bilməz, yəni hədə-qorxu, şantaj, pul bölgüsü apara bilməz".
Qeyd edək ki, “RİA Novosti” bu fikirləri müxalifət partiyası sədrinin dediklərinə istinadən bildirib.
...Öz növbəsində, “Gürcü Arzusu” nun lideri Şalva Papuaşvili və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə hakim partiyanın seçkilərdə inamla qalib gəldiyini bildiriblər. “Kifayət qədər aktivik - əlimizdəki məlumatlar göstərir ki, “Gürcü Arzusu” səkkizinci dəfə inandırıcı şəkildə qalib gələcək”.
Bunu isə “RİA Novosti” partiya sədri Şalva Papuaşvilinin dediklərinə istinadən yayıb
“Gürcü Arzusu”nun bütün bələdiyyələrdə inandırıcı şəkildə qalib gəldiyini deyən İrakli Qaribaşvili isə “...ancaq qələbənizi təsdiqləmək üçün aktivliyiniz lazımdır” deyə əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB