İranda ötən sutka ərzində 217 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 135 nəfər yoluxub. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 120 880 nəfərə, yoluxanların sayı isə 5 611 700 nəfərə çatıb. Virus daşıyıcılarından 5 802 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 075 482 nəfər koronavirusdan sağalıb, 32,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB