Saakaşvili Kiyevdən lazımi dəstəyi alacaq - Dmitri Kuleba

Saakaşvili Kiyevdən lazımi dəstəyi alacaq - Dmitri Kuleba

Mixail Saakaşvili Ukrayna vətəndaşıdır, ona görə də Kiyevdən bütün vacib dəstəyi alacaq. SİA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba deyib.

“O, bizim vətəndaşdır, biz ona müvafiq dəstəyi verəcəyik. Bu gün səhər, düşünürəm ki, Gürcüstan səfirliyinin nümayəndəsi bizim çağırışımızla XİN-ə gələcək və onunla hər şey aydınlaşdırılacaq. Ukraynanın hər vətəndaşını bəlaya düşəndə qoruyuruq”, – deyə o bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə