COVID-19-dan ölənlərin sayı 9 mini keçib - GÜRCÜSTANDA

COVID-19-dan ölənlərin sayı 9 mini keçib - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutkada koronavirusa 1 826 yeni yoluxma qeydə alınıb, 795 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 616 589 nəfər yoluxub. Onların 587 499-u sağalıb, 9 005-i dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə