Ağ Evin sözçüsü Ceyn Psaki, COVID-19-dan ölən amerikalıların sayını şokedici adlandırdı. Belə ki, cümə günü keçirilən həftəlik brifinqdə, o Amerikada koronavirusdan ölənlərin sayının 700,000 yaxın olduğunu söyləyib.
Bundan əlavə Psaki, prezident Cozef Baydenin “ölkədə baş verən hər şeyə, o cümlədən COVID-19-a qarşı davam edən mübarizə üçün inanılmaz bir məsuliyyət hiss etdiyini” qeyd edib. Bununla yanaşə, o pandemiya ilə mübarizə aparmaq dövlət başçısı üçün əsas prioritet olduğunu da əlavə edib.
Amerika administrasiyasının sözçüsü hesab edir ki, ölkədə yalnız Baydenin sahibkarlıq ruhu sayəsində yüz minlərlə insanın həyatını xilas etmək mümkün olub. Psakiyə görə, indiyə qədər ABŞ sakinlərinin təxminən 78 faizi ən azı bir doza COVID-19 peyvəndi ilə təmin olunub.
Bu arada qeyd edək ki, “Cons Hopkins” Universitetinin məlumatına görə, pandemiya başlayandan bəri ABŞ -da 43.5 milyondan çox koronavirus infeksiyası hadisəsi aşkar edilmiş və bunlardan 698.992 nəfər ölmüşdür. Onu da qey edək ki, hər iki göstərici üzrə ölkə dünyada birinci yerdədir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB