Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürülüb

Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürülüb

Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəyə köçürülməsinin video görüntülərini yayıb.

SİA-nın məlumatına görə, M.Saakaşvili bu gün həbs olunub.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatlar üzrə İcraiyyə Şurasının sədri Mixail Saakaşvili bu gün səhər saatlarında sosial şəbəkədəki səhifəsində ölkəyə qeyri-qanuni yolla daxil olduğunu və artıq Gürcüstanda olduğunu bildirən paylaşım edib.

Daha sonra M.Saakaşvili video müraciət vasitəsi ilə Batumidə olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə