Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

Yaponiyada koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi oktyabrın 1-də ləğv olunub. Bununla yanaşı, bütün ölkə ərazisində koronavirusa qarşı gücləndirilmiş tədbirlər də aradan qaldırılıb. SİA bu barədə xarici mətbuata istinad edir.

"Covid-19" infeksiyasına yoluxma sayının azalmasından sonra paytaxt Tokio və Osaka şəhərləri də daxil olmaqla 19 əyalətdə fövqəladə vəziyyət ilə 8 əyalətdə yarı fövqəladə hal tədbirlərinə son qoyulub.

Beləliklə ölkədə aprel ayından etibarən əhatə dairəsi tədricən genişlənən və fasilələrlə məhdud edilən fövqəladə vəziyyətin tətbiq olunduğu heç bir bölgə qalmayıb.

Paytaxt bölgəsində ən son fövqəladə vəziyyət elan edilməsi, Tokio 2020 Olimpiadası başlamazdan əvvəl, iyulun 12 -də qüvvəyə minmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə