Malavidə Parlament sədrinin keçmiş müavini Klement Çivaya parlament binasında intihar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 50 yaşındakı Çivayanın parlament binasına gətirdiyi silahla əlil arabasında özünü öldürdüyü bildirilib. Polisin açıqlamasına görə, Çivaya, 2019-cu ildə yol qəzasında parlamentin avtomobilinə dəymiş ziyanı parlament tərəfindən ödəmədiyini əsas gətirərək intihar qeydində aşağıdakı ifadələrdən istifadə edib: "Mən zorakı bir insan deyiləm. Parlamentin mənim olanı inkar etmək cəsarəti olanda gedib onlara yalvarmaqdan yoruldum. Onları tam dolu silahla öldürə bilərdim, amma tək getmək istədim".
Qeyd edək ki, Chiawa, Parlament sədrinin müavini vəzifəsinə əlavə olaraq bir müddət Malavi hökumətində nazir olaraq çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB