Hava çirkliliyinin səbəb olduğu daha bir qlobal problem – ŞOK STATİSTİKA

Hava çirkliliyinin səbəb olduğu daha bir qlobal problem – ŞOK STATİSTİKA

Son araşdırmalara görə, hava çirkliliyi dünyada hər il təxminən 6 milyon körpənin vaxtından əvvəl, 3 milyon körpənin isə həddən çox kilolu doğulmasına səbəb olur. SİA xəbər verir ki, havanın çirklənməsinin insan sağlamlığına zərərləri araşdırmalar sayəsində ortaya çıxır.

Nəhayət, mütəxəssislər çirklənməyə məruz qalmanın erkən doğumlara səbəb olan ən böyük faktorlardan biri olduğunu bildirirlər.

Hər il 15 milyon yeni doğulan körpənin ölümünün əsas səbəbləri;

Bundan əlavə, hər il dünyada 15 milyon yeni doğulan körpənin ölümün əsas səbəbi kimi hava çirkliliyi göstərilir. Çoxsaylı elmi araşdırmaların nəticələrini birləşdirən tədqiqatçılar 204 ölkədə daxili və çöl çirkliliyinə aid 108 sənədi təhlil ediblər. Ən son nəticələrə görə, əsasən kömür və ya odun kimi bərk yanacaqla işləyən sobaların yaratdığı daxili hava çirkliliyi 2019-cu ildə hamiləliklərin ümumi çirklənmə yükünün təxminən üçdə ikisini təşkil edib. Tədqiqatçıların dediklərinə görə, bu hal xüsusilə Cənub-Şərqi Asiya və Saharaaltı Afrikanın bir hissəsi kimi inkişaf etməkdə olan yerlərdədir.

"Qapalı məkanda hava çirkliliyi açıq havadan daha çox zərər verə bilər"

Kaliforniya Universitetinin epidemioloqu, San-Fransisko və Plos Medicine jurnalında dərc olunan məqalənin baş tədqiqatçısı Rakeş Qoş "Fərdi şəkildə qapalı məkanda hava çirkliliyinə məruz qalmaq açıq havaya nisbətdə daha təhlükəlidir" - deyib.

Hava çirkliliyi ümumiyyətlə 2,5 mikrondan az olan hissəciklərə məruz qalmaqla ölçülür. Nəfəs aldıqda bu hissəciklərin kiçik ölçüsü qana nüfuz edir və potensial olaraq geniş sağlamlıq problemlərinə səbəb olur.

Dünya əhalisinin 92 faizindən çoxu hava çirkliliyinə məruz qalır

Dünya əhalisinin 92 faizindən çoxu havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi limitlərin altında olduğu bölgələrdə yaşayır. Təxminən 49 faizi də eyni dərəcədə yüksək daxili hava çirkliliyinə məruz qalır.

Cənub və Şərqi Asiya kimi bölgələr ən çirkli, Banqladeş, Çin, Hindistan və Pakistan dünyanın ən çirkli 50 şəhərindən 49-na ev sahibliyi edir. Son illərdə dünyanı əhatə edən meşə yanğınları, əkinçilik yanğınları və toz fırtınaları da sıx hava çirkliliyinə səbəb olur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə