Qətər və Avropa Birliyinin yüksək səviyyəli diplomatları Əfqanıstanda son zamanlar insan haqları pozuntularını “xəyal qırıqlığı” adlandırıblar. Bu barədə “France Presse Agentliyi” məlumat yayıb.
Ötən həftə, “Taliban” Heratda adam oğurluğunda “ittiham edilən” dörd nəfəri açıq meydanda asdı. Bu ölkədə azyaşlı qızlar hələ də məktəbə getmirlər, taliblər buna imkan vermirlər.
Ümumiyyətlə, bu ölkədəki son yaşantılar çox üzücüdür.
Deyim ki, yuxarıdakı fikirləri Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Dohada keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, ABŞ -ın öz qoşunlarını Əfqanıstandan çıxarandan sonra, Qətər bu ölkədə əsas vasitəçiyə çevrilib. Qeyd edək ki, bu ölkədəki qarışıqlıq zamanı, minlərlə əcnəbi və əfqanın bu ölkədən evakuasiya olunmasına kömək edən ölkələr sırasında Qətər birinci yeri tutur.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB