Nikolun "partiyadaşı" Tonoyanın müdafiəsinə qalxıb

Nikolun "partiyadaşı" Tonoyanın müdafiəsinə qalxıb

Xəbər verildiyi kimi, Ermənistan məhkəməsi ölkənin sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.

Məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb və keçmiş nazir 2 ay müddətinə həbs olunub. Səbəb kimi isə Tonoyanın nazir olarkən 5 milyonluq yararsız raket qurğuları və başqa hərbi sursatlar aldığı göstərilir.

Bu arada Nikol Paşinyanın partiyasından olan deputat Vilen Qabrielyan sabiq müdafiə nazirinin müdafisinə qalxıb. Hətta o David Tonoyanı dəstəkləmək üçün məhkəmə binasına gələrək keçmiş müdafiə nazirini yaxşı tanıdığını, onun oğurluq və ya korrupsiya ilə məşğul olmadığını bildirib.

“Əminəm ki, cənab Tonoyan günahsızdır. İnanıram ki, o heç bir korrupsiya sövdələşməsində iştirak etməyib. Amma buna baxmayaraq, istintaq aparılır deyə hər şey ortya çıxacaq”.

Deyim ki, Qabrielyan bunu jurnalistlərə verdiyi açıqlamada bildirib.

Maraqlıdır ki, Qabrielyandan Nikolun bu işlə bağlı fikrinin nə olduğunu soruşduqda, o istintaq aparıldığını və qərarın məhkəmə tərəfindən veriləcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanın xüsusilə böyük miqyasda mənimsəməkdə şübhəli bilinərək həbs edildiyini açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə