Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.SİA bu barədə türk mətbuatına istinadən xəbər verir.

İclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda humanitar vəziyyət, Suriya xalqının təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.

Təhlükəsizlik Şurasının bəyanatında iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal birgə mübarizə planlarının həyata keçirilməsinin zəruriliyi bildirilib:

“Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, bu mövzuda da üzərinə düşəni edəcək”.

Daha sonra Türkiyənin dost və qardaş Əfqanıstan xalqının firavanlığı və təhlükəsizliyi istiqamətində səylərini davam etdirəcəyi vurğulanıb. Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün birgə qlobal səylərin göstərilməsi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə