Ərdoğan ABŞ koordinatoru haqqında sərt danışıb

Ərdoğan ABŞ koordinatoru haqqında sərt danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra evə qayıdaraq Amerikalı koordinatorlardan birini "terror təşkilatlarının rejissoru" adlandırıb. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Ərdoğanın dedyi sözləri Rusiyaya məxsus mətbuat səhifəsi olan RİA Novosti sitat gətirir.

Qeyd olunur ki, Türkiyə lideri bunu ABŞ-ın Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurk haqqında deyib.

O, deyib ki, daha əvvəl PKK / YPG təşkilatının nümayəndə heyəti Ağ Evdə qəbul edilib.

"Belə bir amerikalı var, McQerk. Deyəsən, terror təşkilatlarının rejissorudur və onları idarə edir", deyə Ərdoğan sərt şəkildə ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə